Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışını və alıcılarla birbaşa əlaqəni təmin edən yeni rəqəmsal platforma fəaliyyətə başlayıb. Taya.az fermerlər, heyvandarlar və istehlakçıları vahid onlayn məkanda birləşdirməyi hədəfləyir.
Platformanın əsas məqsədi kənd təsərrüfatı bazarında vasitəçi rolunu minimuma endirərək istehsalçıların məhsullarını birbaşa alıcılara çatdırmasına şərait yaratmaqdır.
Platformada təqdim olunan kateqoriyalar:
-
Heyvanlar, quşlar, balıqlar
-
Meyvə və giləmeyvə
-
Tərəvəzlər və göyərtilər
-
Emal olunmuş kənd təsərrüfatı məhsulları
-
Dənlilər, otlar, yemlər, bitkilər
İstifadəçilərə məhsullarla yanaşı, qiymətlər və bölgələr üzrə də seçim apara bilərlər. Platformanın təqdim etdiyi modelə əsasən, fermerlər məhsullarını birbaşa onlayn elan kimi yerləşdirə və potensial alıcılarla vasitəçisiz əlaqə qura bilirlər. Elan yerləşdirmənin pulsuz olduğu bildirilir ki, bu da kiçik və orta təsərrüfatlar üçün əlavə üstünlük yaradır.
Alıcılar isə bölgələr üzrə müxtəlif istehsalçıların məhsullarını müqayisə edərək daha sərfəli və təzə kənd məhsullarına çıxış əldə edə bilirlər.