Azərbaycanda hər il 8 iyun tarixi İnsan Hüquqları Günü kimi qeyd olunur.
Bu gün Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanına əsasən təsis edilib. Tarixin seçilməsi Ümummilli Lider Heydər Əliyevin 1998-ci il iyunun 18-də ölkədə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etməsi ilə bağlıdır.
Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasını dövlətin ali məqsədlərindən biri kimi müəyyən edib. Bu istiqamətdə həyata keçirilən hüquqi islahatlar ölkədə insan hüquqlarının müdafiəsi mexanizmlərinin formalaşdırılmasına zəmin yaradıb.
Həmin islahatların mühüm nəticələrindən biri Ombudsman təsisatının yaradılması olub. 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanunu qəbul edilib, sonrakı illərdə isə bu qurumun fəaliyyəti üçün zəruri hüquqi baza formalaşdırılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması və hüquqi dövlət quruculuğu istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bu sahədə qəbul olunan dövlət proqramları, fəaliyyət planları və normativ-hüquqi aktlar insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə xidmət edir.
Azərbaycanda son illərdə həyata keçirilən islahatlar qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına, vətəndaşların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə və hüquqi təminatların gücləndirilməsinə imkan yaradıb.
MONETAR.AZ