Fransa Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən uzunmüddətli büdcə layihəsini qeyri-kafi hesab edərək qəbul etməyib.
Fransa tərəfi şənbə günü bildirib ki, təklif olunan sənəd Aİ-nin Vahid Kənd Təsərrüfatı Siyasətinin tələblərinə, xüsusilə fermerlərin gəlirlərinin dəstəklənməsi məsələsinə cavab vermir. Paris hesab edir ki, Avropa Şurasının Prezidenti Antonio Koştanın təqdim etdiyi layihə üzv ölkələr arasında razılıq əldə olunması üçün yetərli əsas yaratmır.
Koşta şənbə günü Aİ üzvlərinə 2028–2034-cü illər üçün yeni büdcə təklifini göndərib. Sənəd 27 üzv ölkənin ümumi siyasət istiqamətlərinin maliyyələşdirilməsini nəzərdə tutur.
Birliyin uzunmüddətli büdcəsi kənd təsərrüfatına dəstək, texnologiyaların inkişafı, sənaye və elmi tədqiqat təşəbbüslərinin maliyyələşdirilməsi üçün əsas mexanizmlərdən biridir. Bu vəsaitlər, eyni zamanda, Aİ-nin Çin və ABŞ ilə müqayisədə rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş layihələri əhatə edir.
MONETAR.AZ