Bakı gələn il U-20 basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı gələn il U-20 basketbol üzrə Avropa çempionatına

2027-ci ildə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatının B divizionu Bakıda keçiriləcək.

Azərbaycan Basketbol Federasiyasından bildirilib ki, yarışın ev sahibi şəhəri noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında təsdiqlənib.

Çempionat 2027-ci il iyulun 9-dan 18-dək paytaxt Bakıda təşkil olunacaq.

Bu, Azərbaycanın ilk dəfə həmin yaş qrupu üzrə Avropa çempionatının B divizionuna ev sahibliyi etməsi baxımından əlamətdar hadisədir. Yarışın ölkədə basketbolun inkişafına və beynəlxalq idman tədbirlərinin təşkilinə töhfə verəcəyi gözlənilir.