“Rusprodsoyuz” assosiasiyasından TASS İnformasiya Agentliyinə bildirilib ki, İran Rusiya bazarına tərəvəz və meyvə ixrac edən ölkələr sırasındadır.
“Eyni zamanda, Rusiya bazarında kifayət qədər geniş alternativ tədarükçülər mövcuddur. Belə ki, zərurət yarandıqda gilasın tədarükünü Azərbaycan, Özbəkistan və Türkiyədən, alçanın tədarükünü isə Serbiya və Moldovadan artırmaq olar.
Şaftalı Rusiyaya Türkiyə, Azərbaycan, Özbəkistan və Gürcüstandan, qara gavalı Özbəkistan, Moldova, Türkiyə, Gürcüstan və Azərbaycandan, ərik isə Türkiyə və Özbəkistandan, nektarinlər isə Türkiyə, Özbəkistan, Azərbaycan və Gürcüstandan tədarük edilə bilər.
Badımcan tədarükünü Türkiyə, Özbəkistan və Çindən, kabakları Türkiyə və Çindən, pomidorları isə Azərbaycan, Türkmənistan, Türkiyə, Özbəkistan və Çindən təmin etmək mümkündür”, – deyə “Rusprodsoyuz” qeyd edib.