Gürcüstanda 6 ildən köhnə avtomobillərin idxalı qadağası qaldırıldı

Gürcüstanda 6 ildən köhnə avtomobillərin idxalı

İrakli Kobaxidze hökumətin iclasında bildirib ki, kabinet avtomobil idxal qaydalarını müəyyən dərəcədə dəyişdirməyə qərar verib. Bu barədə yerli media bfm.ge Business media.ge. media resursları xəbər verib.

Tam qadağan əvəzinə, 6 ildən köhnə avtomobillərin hər kub santimetrinə 4,5 lari ($1,66) həcmində artırılmış aksiz tətbiq olunacaq. Baş nazir vurğulayıb ki, “beləliklə, qadağan artırılmış aksizlə əvəz edilir”.

İrakli Kobaxidze qeyd edib ki, bu qərar ekologiya, ətraf mühitin qorunması havanın təmizliyi baxımından çox önəmlidir həmçinin özəl sektor vətəndaşların maraqları, eləcə cəmiyyətin reaksiyası ilə əsaslandırılır.

Hazırda 6 ildən köhnə avtomobillərin idxalı zamanı aksiz hər kub santimetr üçün 80 tetri ($0,29) təşkil edir.

Qeyd edək ki, 12 fevralda hökumət tərəfindən açıqlanan 1 aprel tarixindən qüvvəyə minməsi planlaşdırılan tam qadağa avtomobil idxalına dair avtomobil idxalçıları aşağı gəlirli vətəndaşlar tərəfindən kəskin etirazla qarşılanmışdı. Hətta milyarder Bidzina İvanishvili-nin hakim partiyası Gürcü Arzusu”-nun əsas tərəfdaşı hesab olunan müxalifət partiyası Xalqın Gücü” belə qərarı sərt tənqid etmişdi.

MONETAR.AZ