Tramp soya əkinçilərinə yardım vəd edib

Tramp soya əkinçilərinə
3 Oktyabr 2025 09:10

  ABŞ prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, onun administrasiyası Çinin satınalmaların dayandırılması qərarından təsirlənən Amerika soya fermerlərinə maliyyə yardımı etməyi planlaşdırır.

 "TruthSocial" sosial media platformasındakı bir yazıda Trump Çinin "yalnız danışıqlar səbəbi ilə" Amerika soya paxlasını almağı dayandırdığını iddia edib və təsirə məruz qalan fermerləri dəstəkləmək üçün tarif gəlirinin "kiçik bir hissəsini" istifadə edəcəyini vəd edib.

  "Biz tariflərdən o qədər pul qazandıq ki, bu vəsaitin kiçik bir hissəsini götürüb fermerlərimizə kömək edəcəyik" deyə Tramp yazıb.

  Prezident həmçinin sələfi Co Baydeni Çinlə Amerika kənd təsərrüfatı məhsullarının, xüsusən də soya paxlasının əhəmiyyətli dərəcədə alınmasını tələb edən ticarət müqavilələrini yerinə yetirmədiyinə görə tənqid edib.

  Tramp 4 həftə ərzində Çin prezidenti Si ilə görüşəcəyini və burada soyanın "əsas müzakirə mövzusu" olacağını açıqlayıb.

MONETAR.AZ


Oxşar xəbərlər