Trampa Sülh Mükafatının verilməməsinə görə Norveçə sərt tariflər proqnozlaşdırılır

 Trampa Sülh Mükafatının verilməməsinə görə
10 Oktyabr 2025 15:47

  ABŞ prezidenti Donald Tramp Norveçin Nobel Komitəsinin Sülh Mükafatını mümkün rədd etməsinə görə idxal tariflərini sərtləşdirə bilər. Hadisələrin belə inkişafını Britaniyanın The Daily Telegraph qəzeti proqnozlaşdırıb.

  Amerika lideri ticarət tariflərini hazırkı 15 faizdən qaldırmaqla yanaşı, digər ölkələri də Norveç neftini və qazını almamağa və ölkə hakimiyyəti ilə təmasları məhdudlaşdırmağa inandıra bilər.

  Oslo artıq xəbərdarlıq edib ki, Norveç Nobel Komitəsi hökumətdən müstəqildir. Mütərəqqi Sağ Partiyasından olan keçmiş parlament üzvü Kristian Tybrinq-Qjeddenin dediyi kimi, Tramp “həqiqətən əmin ola bilər ki, Sülh Mükafatının verilməsində Norveç hökuməti məsuliyyət daşıyır və bu, ölkə üçün çox təhlükəlidir”. Norveçli tarixçi və “Nobel: Sülh Mükafatının Böyük Tarixi” kitabının müəllifi Oyvind Stenersen əlavə edib ki, Osloda müəyyən əsəbilik var, çünki mükafata layiq görülməsə Trampın necə reaksiya verəcəyi bəlli deyil.

  Amerika lideri artıq altı müharibəni “həll etdiyini” iddia edərək Norveç Nobel Komitəsinə təzyiq göstərməyə çalışıb və mükafatı almadığı təqdirdə bunun ABŞ-a təhqir olacağını vurğulayıb.

  Amerikalı alim, politoloq Malek Dudakov xəbərdarlıq edib ki, Trampın Nobel Sülh Mükafatını qazanmaq şansı çox azdır. Səbəbi, Nobel Komitəsinin kifayət qədər liberal düşüncəli olması və Trampa kənar, hətta bir çox cəhətdən düşmən kimi baxılmasıdır, deyə izah edib.

MONETAR.AZ


Oxşar xəbərlər