Siemens Energy Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək

10 Oktyabr 2025
15:04
Bakıda keçirilən Almaniya-Azərbaycan İxrac və Maliyyə Konfransında Almaniyanın “Siemens Energy Global GmbH & Co. KG” şirkəti ilə Qara dəniz sualtı enerji kabeli layihəsini idarə edən “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) müştərək müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb.
AzərTAc xəbər verir ki, memorandum HVDC (yüksək gərginlikli sabit cərəyan) texnologiyasından istifadə etməklə yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlığı nəzərdə tutur.