Azərbaycan-Küveyt əməkdaşlığı müzakirə edilib

9 Oktyabr 2025
14:29
Azərbaycan və Küveyt nəqliyyat, tranzit, ticarət, turizm, ənənəvi və bərpa olunan enerji, kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Müzakirələr İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Küveytin maliyyə, elektrik, su və bərpa olunan enerji naziri Subayx Əbdül Əziz Əbdül Muhsen Əl-Muhaizim arasında keçirilən görüşdə baş tutub.
Cabbarov sosial şəbəkədə yazıb: “Biz ölkəmizin əlverişli investisiya mühiti haqqında məlumat verdik və Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələrin genişləndiyini vurğuladıq.