Filiz Eryılmaz: Qızılın bahalaşmasının arxasında 3 amil dayanır

Filiz Eryılmaz: Qızılın bahalaşmasının
8 Oktyabr 2025 13:42

Məşhur iqtisadçı Filiz Eryılmaz son günlərdə dünya bazarlarında qızılın qiymətində müşahidə olunan sürətli artımın səbəbləri ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, ons qızıl tarixdə ilk dəfə olaraq 4 min dollar həddini keçərək 4040 dollara çatıb.

Eryılmaz bu qədər yüksək bir səviyyənin hətta onun da gözləntilərinin üzərində olduğunu bildirib: “Mənim hədəfim 3850 dollar idi, amma qızıl bu səviyyəni də aşaraq texniki və fundamental analizlərin izah edə bilməyəcəyi bir nöqtəyə gəlib çatdı”.

Qızılın yüksəlişini şərtləndirən üç əsas faktor

Ekspert qızılın bahalaşmasına səbəb olan üç əsas faktoru qeyd edib:

  1. ABŞ-da hökumətin fəaliyyətinin dayanması riski.
    Eryılmazın sözlərinə görə son 50 ildə 20 dəfə hökumət bağlanması baş versə də, bu dəfə vəziyyət daha fərqlidir: “Donald Trampın təşəbbüslərinin nəticəsiz qalması, siyasi qarşıdurmalar investorları riskdən qaçmağa məcbur edir. Bu isə qızılı təhlükəsiz liman kimi ön plana çıxarır”.

  2. Avropada siyasi qeyri-müəyyənliklər.
    Fransa baş naziri Sebastien Lekornunun istefası və avronun zəifləməsi də qızılın qiymətinə təsir göstərir. “Avro və dollar zəiflədikcə, investorlar qızıla üz tutur. Qızıl  onların yerini tutur”, – deyə iqtisadçı bildirib.

  3. Yaponiyada siyasi dəyişikliklər və yumşaq pul siyasəti gözləntiləri.
    Yeni baş nazirin monetar siyasətdə yumşalma istiqamətində addımlar atacağı gözlənilir. Bu isə Yaponiya istiqrazlarına olan marağı azaldır, qızılı isə gücləndirir.

“Qızılı olan saxlasın, amma ehtiyatlı olsun”

Eryılmaz qızıl yatırımçılarına satmamağı və mövqelərini qorumağı tövsiyə edib: “Artıq ehtiyatlı olmaq mərhələsini keçmişik. Həddindən artıq alış etmək risklidir. Əgər ABŞ-da hökumət böhranı davam etsə, qızılı durdurmaq mümkün olmayacaq”.

MONETAR.AZ


Oxşar xəbərlər