İyunun 16-da saat 11:00-da xüsusi müsadirə edilmiş əmlakların satışı üzrə növbəti hərrac keçiriləcək.
Hərraca Bakı şəhərinin Yasamal rayonunda yerləşən mənzil çıxarılacaq. Mirzə İbrahimov küçəsi, 53 nömrəli binanın 108 saylı mənzilinin ümumi sahəsi 370,4 kvadratmetr təşkil edir.
Əmlakın start qiyməti 694 min 687,5 manat müəyyənləşdirilib. Hərracda iştirak üçün tələb olunan 10 faiz beh məbləği isə 69 min 468,8 manatdır.
Məlumata görə, sözügedən mənzil 4-cü dəfə olmaqla 25 faiz endirimli qiymətlə təkrar hərraca çıxarılır.
Qeyd edək ki, hərrac addımı əmlakın ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.
MONETAR.AZ