“Bravo” qida məhsullarını göstərilən qiymətdən baha satdığı üçün cərimələndi

“Bravo” qida məhsullarını göstərilən qiymətdən
8 Oktyabr 2025 16:06

“Azərbaycan Supermarket” MMC tərəfindən qida məhsullarının üzərində göstərilən qiymətdən baha satılması faktları qeydə alınıb. Bu hallar 26 avqust və 1 sentyabr 2025-ci il tarixlərində baş verib və istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilib.

Məsələ ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən araşdırma aparılıb. Qanunvericiliyə görə, satıcı malları etiketində göstərilən qiymətdən fərqli məbləğə satmamalıdır.

Aparılmış yoxlama nəticəsində müəyyən olunub ki, “Azərbaycan Supermarket” MMC-də qida məhsulu istehlakçıya etiketdəki qiymətdən daha baha təqdim olunub. Bu, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə uyğun olaraq “malın hesabına dair istehlakçıların az miqdarda aldadılması” kimi qiymətləndirilib.

Faktla bağlı MMC barəsində müvafiq qaydada inzibati tədbirlər görülüb.

MONETAR.AZ


Oxşar xəbərlər