İyunun 16-da saat 10:00-da dövlət qurumlarına məxsus 19 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. Hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunacaq.
Satışa çıxarılan nəqliyyat vasitələri arasında BMW, Audi, Nissan, Hyundai, Chevrolet, Fiat və digər markalara məxsus minik avtomobilləri, həmçinin xüsusi təyinatlı nəqliyyat vasitələri yer alır. Hərracda ən yüksək start qiyməti 207 min manat olan “Point Brower D” markalı gəmi, ən aşağı start qiyməti isə 1980 manat olan VAZ-2106 markalı minik avtomobilidir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:
- BMW 730LI (2006) – 3 750 manat
- BMW 730LI (2006) – 6 375 manat
- BMW 730LI (2006) – 6 450 manat
- BMW 525I (2006) – 7 875 manat
- Nissan Pathfinder (2006) – 9 000 manat
- Nissan Pathfinder (2006) – 8 250 manat
- Chevrolet Epica (2008) – 4 125 manat
- QAZ-322174-32 və QAZ-32214-32 təcili yardım avtomobilləri (2004) – 3 750 manat
- Audi A6 (2014) – 14 250 manat
- “Point Brower D” markalı gəmi (1969) – 207 000 manat
- QAZ SAZ-3507 yük avtomobili (1987) – 2 700 manat
- VAZ-2106 (1998) – 1 980 manat
- Nissan Sunny (2011) – 4 500 manat
- Hyundai Tucson (2007) – 5 850 manat
- Fiat Doblo (2014) – 4 050 manat
- BMW 328i (2014) – 8 100 manat
- BMW 520 xüsusi təyinatlı (2005) – 6 300 manat
- Chevrolet Niva 212300 LC (2009) – 2 520 manat
- Hyundai Sonata (2007) – 5 300 manat
Qeyd edilib ki, satışa çıxarılan nəqliyyat vasitələrinin bir qismi təkrar hərraca endirimli qiymətlərlə çıxarılır.
MONETAR.AZ