Masaya menyü qoymayan obyekt sahibi cərimələndi

Masaya menyü qoymayan
8 Oktyabr 2025 16:17

Fiziki şəxs Abbasova Gülsəfa Firuddin qızına məxsus ictimai iaşə obyektində menyunun qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi faktı müəyyən olunub.

Məlum olub ki, təqdim olunan xidmətlər üçün qiymət cədvəlləri (menyular) ya mövcud deyil, ya da düzgün tərtib olunmayıb. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiqlənmiş “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.6 və 23.7-ci bəndlərinin tələblərinin pozulması deməkdir.

Məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə uyğun olaraq qiymət intizamının pozulması — yəni göstərilən xidmətlər üçün menyuların olmaması və ya onların düzgün tərtib edilməməsi səbəbilə inzibati tədbirlər görülüb.

MONETAR.AZ


Oxşar xəbərlər