Rayonda 10 qəpiyə, Bakıda 1 manata

Rayonda 10 qəpiyə,
4 Avqust 2025 09:07

Bu il pomidor istehsal edən fermerlər ciddi iqtisadi çətinliklərlə üzləşiblər. Son dövrlərdə qiymətlərin kəskin şəkildə aşağı düşməsi, məhsul bolluğu və xarici bazarlara çıxış çətinlikləri pomidor istehsalçılarını ziyana salıb.

Aşağı qiymətlər, fermerlərin əkin sahələrindən əldə etdikləri gəliri azaldıb, hətta bəziləri məhsulunu maya dəyərini belə çıxara bilmədən satmağa məcbur olub.  Bölgələrdə qiymət 10 qəpiyə qədər düşsə də Bakıda 1 manatdan aşağı  satılmır. 

Pomidor əkini üçün lazım olan sərmayə hər hektar sahə üzrə təxminən 5 min manat civarındadır. Həmçinin, məhsul yığımı üçün tələb olunan fəhlələrin əmək haqqı, hər biri üçün gündəlik 30 manat təşkil edir. Bu cür xərc və aşağı qiymət birləşərək fermerləri maliyyə baxımından ağır vəziyyətə salır.

Xaçmazlı fermer Ramil Məmmədov  deyir ki,  mövcuyd qiymətlər  heç məhsulun maya dəyərini qarşılamır: “Bu il pomidorun qiyməti o qədər düşüb ki, heç maya dəyərini çıxara bilmirik. Keçən il 15 manata satdığımız 1 yeşik pomidor, bu il 4-5 manata satılır. Hər hektar sahə üçün 5 min manat xərcimiz var, amma indi yetişdirdiyimiz məhsulu dəyər-dəyməzinə satırıq.

Sabirabadlı fermer Şahin Quliyevin sözlərinə görə b ilki məhsul böyük xərc hesabına başa gəlib. “Pomidor yetişdirmək çox böyük zəhmət tələb edir. Əkin sahəsinin işə salınması, becərilməsi, məhsulun yığılması xərc tələb edir.  Lakin ymətlərinin aşağı olması bizi ciddi şəkildə  narahat  edir. Bir kilo pomidorun qiyməti artıq 10 qəpiyə qədər düşüb. Bunu satmaq mümkün deyil. Keçən illə müqayisədə gəlirimiz xeyli azalıb. Məhsulun çox olması tələbin aşağı düşməsinə səbəb olub, amma buna baxmayaraq, biz hələ də bazara çıxarmağa çalışırıq.”

Fermerlər yetişdirdikləri məhsulu daxili bazara çıxarmaqla yanaşı, emal zavodlarına da təhvil verə bilərlər. Lakin bununla belə, müştəri tapmaqda və məhsulunu yüksək qiymətə satmaqda çətinliklər yaranır. Ən əsası isə pomidorun xarici bazarlara göndərilməsi çətinləşib və bu da yerli fermerləri çətin vəziyyətdə qoyub.

Rəsmi qurumlar vəziyyətin müvəqqəti olduğunu və fermerlərin qarşılaşdığı çətinliklərin həll edilməsi üçün tədbirlər görüldüyünü bildirir. Bu plan daxili bazarların tənzimlənməsi, yerli istehsalçıların hüquqlarının qorunması və pomidor məhsulunun keyfiyyətinə nəzarət məqsədini güdür. Eyni zamanda, xarici bazarlara çıxışın artırılması və bazar şəraitinin yaxşılaşdırılması istiqamətində addımların atılacağı da vurğulanıb.

MONETAR.AZ


Oxşar xəbərlər