Azərbaycan və Qazaxıstan neft tranzitini artırmaq istəyir

Azərbaycan və Qazaxıstan neft tranzitini
3 Oktyabr 2025 08:34

  Qazaxıstan və Azərbaycan 2025-ci ildə Aktau-Bakı-Ceyhan marşrutu ilə Qazaxıstan neftinin tədarük həcmini 1,7 milyon tona çatdırmaq niyyətindədirlər.

  Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, bu barədə razılıq iki ölkənin energetika nazirləri Erlan Akkenjenov və Pərviz Şahbazov arasında Kazenergy Həftəsi 2025 çərçivəsində Astanada keçirilən görüşdə əldə olunub.

  2023-cü ildə bu marşrutla 1,06 milyon ton yük daşınıb. Qazaxıstan bu marşrutun strateji əhəmiyyətini vurğulayır və Bakı-Supsa marşrutundan ehtiyat kimi istifadə etməkdə davam edir.

  Tərəflər həmçinin yaşıl enerji dəhlizi layihələrini müzakirə edib və birgə təşəbbüslərin onların strateji tərəfdaşlığını gücləndirdiyini və region üçün yeni imkanlar açdığını qeyd ediblər.


Oxşar xəbərlər