OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) daha bir üzvünü itirir. Birləşmiş Ərəb Əmirlikləri bu gündən təşkilatdan çıxacağını açıqlayıb.
Məlumatlara görə, BƏƏ hazırda gündəlik təxminən 4 milyon barrel neft hasilatı ilə OPEC-in ən böyük istehsalçılarından biri hesab olunur. Bu isə onu təşkilatdan ayrılan ölkələr arasında ən iri oyunçuya çevirir.
Statistikaya əsasən, OPEC daxilində ən böyük istehsalçı Səudiyyə Ərəbistanı olaraq qalır (10,9 milyon barrel/gün). Digər əsas üzvlər arasında İran (5,1 milyon barrel), İraq (4,4 milyon barrel), Küveyt (2,7 milyon barrel) və Nigeriya (1,6 milyon barrel) yer alır.
BƏƏ-nin ayrılması OPEC-in bazardakı təsir gücünə müəyyən dərəcədə təsir göstərə bilər. Qeyd edək ki, əvvəllər də bir sıra ölkələr təşkilatı tərk edib. Bunlara Qətər, Anqola və İndoneziya daxildir.
Ekspertlər hesab edirlər ki, BƏƏ-nin bu addımı ölkənin daha müstəqil enerji siyasəti yürütmək istəyi ilə bağlıdır. Bu qərar həmçinin qlobal neft bazarında təklif və qiymət dinamikasına təsir edə bilər.
MONETAR.AZ