Rusiya neftini alan ölkələr G7-nin hədəfində

G7 ölkələrinin maliyyə nazirləri Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini dayandırması və Ukraynanın müdafiə səylərini dəstəkləmək məqsədilə Rusiyaya təzyiqləri artırmaq üçün birgə addımlar atacaqlarını bəyan ediblər.
Kanada Maliyyə Nazirliyi tərəfindən yayımlanan ortaq bəyanatda qeyd olunub ki, Rusiyanın neft gəlirlərini azaltmaq üçün yeni və koordinasiyalı tədbirlər hazırlanır. Xüsusilə, Ukraynanın işğalından bu yana Rusiya neftini almaqda davam edən və mövcud sanksiyaların ətrafından dolmağa kömək edən ölkələr və qurumlar hədəfə alınacaq.
Bəyanatda həmçinin Rusiyadan hidrokarbon idxalını əhəmiyyətli dərəcədə azaltmaq və mərhələli şəkildə dayandırmaq üçün konkret addımlar atılacağı vurğulanıb. G7 ölkələri, bu ay Vaşinqtonda keçiriləcək Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantılarında bu istiqamətdə səylərin daha da gücləndiriləcəyini qeyd edib.
MONETAR.AZ