Trampın açıqlamalarından sonra neft kəskin ucuzlaşdı

Trampın açıqlamalarından sonra

Dünya bazarlarında neft qiymətləri ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamalarından sonra kəskin şəkildə ucuzlaşıb.

Bazar iştirakçılarının məlumatına görə, Trampın İranla planlaşdırılan hərbi zərbələrin dayandırıldığını və tərəflər arasında sülh sazişi üzrə razılığın əldə olunduğunu bildirməsi enerji bazarlarında volatilliyi artırıb.

Bunun fonunda Brent markalı neftin qiyməti təxminən 3% azalaraq 90 dollar səviyyəsinə düşüb. WTI markalı neft də oxşar dinamika göstərərək ucuzlaşıb.

Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin azalması enerji tədarükü ilə bağlı riskləri zəiflədərək qiymətlərdə enişə səbəb olub. Bununla belə, bazar iştirakçıları vəziyyətin hələ də dəyişkən olduğunu və geosiyasi açıqlamaların qiymətlərə sürətli təsir göstərə biləcəyini vurğulayırlar.

Ekspertlərin fikrincə, yaxın günlərdə neft bazarının əsas istiqaməti İranla bağlı diplomatik proseslərin nəticələrindən asılı olacaq.

MONETAR.AZ