Hər il noyabrın 26-da dünyada Dünya İnformasiya Günü qeyd olunur. Bu günün əsas məqsədi informasiya sahəsində mövcud problemlərə, texnoloji inkişafın yaratdığı çağırışlara və informasiya mübadiləsinin əhəmiyyətinə diqqət çəkməkdir.
Monetar.az xəbər verir ki, Dünya İnformasiya Gününün qeyd olunması təşəbbüsü BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Dünya İnformasioloji Parlamenti tərəfindən irəli sürülüb.
Əlamətdar günün təsis edilməsi ilə bağlı qərar 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə keçirilən ilk Beynəlxalq İnformasiyalaşdırma Forumunda qəbul edilib. 1994-cü ildə isə noyabrın 26-da Dünya İnformasiya Gününün keçirilməsi UNESCO tərəfindən qeydiyyata alınıb.
Bu günün əsas məqsədi informasiya sahəsində çalışan mütəxəssislərin diqqətini mövcud problemlərə və inkişaf perspektivlərinə yönəltməkdir. Eyni zamanda, informasiya texnologiyalarının cəmiyyətin həyatında artan rolunu və məlumatın əlçatanlığının əhəmiyyətini ön plana çıxarmaqdır.