Azərbaycanda “TurAz Qartalı — 2026” uçuş-taktiki təlimləri başlayıb

Azərbaycanda “TurAz Qartalı — 2026” uçuş-taktiki

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə “TurAz Qartalı — 2026” birgə uçuş-taktiki təlimlərinə start verilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Təlim iştirakçılarına xüsusi hazırlanmış videoçarx təqdim olunub, ardınca inzibati məlumatlandırma və qarşıda duran tapşırıqlarla bağlı brifinq keçirilib.

Qeyd edək ki, təlimlərin əsas məqsədi birgə hava əməliyyatlarının planlaşdırılması və icrası sahəsində təcrübə mübadiləsi aparmaq, şəxsi heyətin peşəkarlığını artırmaq və koordinasiyanı gücləndirməkdir.