Subasmadan ziyan çəkən Keşlə sakinlərinə kirayə haqqı və yardım veriləcək 

Subasmadan ziyan çəkən Keşlə sakinlərinə

Son vaxtlar  baş vermiş güclü yağışlar və çirkab suların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yeni bərpa və sosial dəstək tədbirləri həyata keçiriləcək.

Görüləcək işlər çərçivəsində Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmiri və bərpası nəzərdə tutulur. Eyni zamanda sel nəticəsində yararsız hala düşmüş məişət əşyalarının qiymətləndirilməsi aparılacaq və sakinlərə maddi yardım göstəriləcək.

Planlaşdırılan tədbirlərə əsasən, zərər görmüş ailələrə bank xərcləri də daxil olmaqla 3 aylıq kirayə haqlarının ödənilməsi də təmin ediləcək. Bu addım, zərərçəkmiş sakinlərin müvəqqəti yaşayış probleminin həllinə yönəlib.

MONETAR.AZ