Dilənçiliklə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə təklif olunur

Dilənçiliklə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə

Gündəmdəki mövzu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq.

Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlbinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs veriləcək.

Mövcud qanunvericiliyə görə, dilənçiliklə məşğul olma əməli İXM-nin "Avaralıqla məşğul olma" maddəsində bənd olaraq yer almışdı.