Fövqəladə Hallar Nazirliyi qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.
Nazirlik bu barədə məlumat yayıb.
Bildirilib ki, hazırda Bakı şəhərinin Nizami rayonu, Sabunçu rayonu, Xəzər rayonu, həmçinin Sumqayıt şəhəri, Abşeron rayonu və Xaçmaz rayonu ərazilərində müvafiq təhlükəsizlik tədbirləri görülür. Eyni zamanda suçəkmə işləri aparılır və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi həyata keçirilir.
MONATAR.AZ