Bitcoin bugün 69 000 dollar səviyyəsini aşaraq yüksəlib. Bu artım İran və ABŞ arasında mümkün atəşkəs planı ilə bağlı xəbərlər fonunda baş verib.
Məlumatlara görə, tərəflər Hörmüz boğazının artıq bazar ertəsi açılmasını nəzərdə tutan atəşkəs variantını müzakirə edirlər. Bu isə investorların riskli aktivlərə marağını artırıb.
Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin 3,4% bahalaşaraq 69 065 dollar səviyyəsində ticarət olunub.
Analitiklər qeyd edirlər ki, geosiyasi gərginliyin azalması ehtimalı bazarlarda risk iştahını artırır və bu, xüsusilə kriptovalyutalar kimi daha volatilliyi yüksək aktivlərin qiymətinə müsbət təsir göstərir.
MONETAR.AZ