Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev radiasiya təhlükəsizliyi və “yaşıl enerji” sahələrini əhatə edən iki beynəlxalq sazişin ratifikasiyası haqqında qanunları imzalayıb.
Akorada mətbuat xidmətinin məlumatına görə, birinci saziş MDB ölkələri arasında radiasiya vəziyyətinin monitorinqi üzrə məlumat mübadiləsini nəzərdə tutur. Bu sənəd iştirakçı ölkələr arasında radiasiya fonu barədə məlumatların daha operativ paylaşılmasına və fəaliyyətlərin koordinasiyasına imkan verəcək.
İkinci sənəd isə Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa aiddir. Saziş birgə layihələrin inkişafını və dayanıqlı enerji sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir.