Sumqayıt şəhərində su təchizatında fasilə yaranacaq

Sumqayıt şəhərində su təchizatında

Bu barədə Sumqayıt Sukanal idarəsindən məlumat verilib.

Bildirilib ki, şəhərdə magistral su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə təmir işlərinə başlanılıb. Görüləcək işlərlə əlaqədar bu gün saat 10:30-dan etibarən şəhərin bəzi ərazilərində su təchizatında fasilə yaranacaq.

Məlumata görə, qəza səbəbindən təxminən 25 min abonentin su təminatında müvəqqəti fasilələr olacaq.

Təmir işləri yekunlaşdıqdan sonra suyun verilməsi bərpa olunacaq.