Zərifə Əliyevanın anadan olmasının 103 ili tamam olur

Zərifə Əliyevanın anadan olmasının

Görkəmli Azərbaycan alimi, oftalmoloq və akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

O, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor kimi fəaliyyət göstərib, 14 monoqrafiyanın, yüzlərlə elmi məqalənin və 12 səmərələşdirici təklifin müəllifi olub. Zərifə Əliyeva Azərbaycan SSR-in səhiyyə naziri və sonradan Dağıstan vilayət partiya komitəsinin birinci katibi olmuş Əziz Əliyevin qızı idi.

1954-cü ildə o, gələcək dövlət başçısı Heydər Əliyev ilə ailə qurub. Bu nikahdan 1955-ci ildə Sevil Əliyeva, 1961-ci ildə isə İlham Əliyev dünyaya gəlib.

Zərifə Əliyevanın əmək fəaliyyətinin böyük hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub. O, həmçinin geniş ictimai fəaliyyət göstərərək keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” cəmiyyətinin idarə heyətinin üzvü və oftalmoloqların elmi cəmiyyətinin rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərib.

Alim Azərbaycanda və keçmiş SSRİ məkanında böyük nüfuz qazanıb, göz xəstəliklərinin müalicəsi sahəsində bir sıra yeni üsullar işləyib hazırlayıb.

1982-ci ildən etibarən o, ailəsi ilə birlikdə Moskvada yaşayıb. 15 aprel 1985-ci ildə vəfat edib. Əvvəlcə Moskvadakı Novodeviçi qəbiristanlığında dəfn olunub, 1994-cü ildə isə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda torpağa tapşırılıb.