Bitkoin üzrə ticarət rekord həddə çatıb

Bitkoin üzrə ticarət

Bitkoin fyuçersləri üzrə ticarət həcmi rekord həddə çatıb. Məlumata gör Binance kriptovalyuta birjasında Bitcoin fyuçersləri üzrə ümumi əməliyyatların həcmi 800 trilyon dollara yaxınlaşıb.

Bu göstəricinin dünya ölkələrinin ümumi illik ÜDM-dən daha yüksək olduğu bildirilir.

Analitiklərin fikrincə, rekord artım Bitkoin qiymətinin kəskin dəyişməsi fonunda investorların aktiv ticarətə yönəlməsi ilə bağlıdır. Kriptovalyutanın qiyməti 82 min dollardan 60 min dollaradək gerilədikdən sonra fyuçers bazarında əməliyyatların sayı əhəmiyyətli dərəcədə artıb.

İyunun əvvəlindən Binance platformasında Bitkoin fyuçersləri üzrə gündəlik ticarət həcmi bəzi günlərdə 35-39 milyard dollara çatıb. Oxşar vəziyyət fevral ayında da müşahidə olunub.

Bununla yanaşı, adi alqı-satqı bazarında aktivlik daha aşağı səviyyədə qalıb. Ekspertlər qeyd edirlər ki, Bitkoində kəskin enişlər çox vaxt yeni spekulyativ dalğaya səbəb olur.

Analitiklər bildirirlər ki, kredit vəsaitlərindən istifadə ilə aparılan əməliyyatlar bazarı daha riskli edir. Buna görə də investorların qərar verərkən ehtiyatlı olması vacibdir.

MONETAR.AZ