Filippin Mərkəzi Bankı əsas faiz dərəcəsini 25 baza bəndi artıraraq 4,50%-ə yüksəldib. Qərar inflyasiya ilə bağlı narahatlıqların iqtisadi artım tempinə dair riskləri üstələməsi fonunda qəbul olunub.
İclasdan əvvəl LSEG tərəfindən sorğulanan 26 analitikdən 12-si faiz artımını gözləyirdi, qalan 14 analitik isə dərəcələrin dəyişməz saxlanılacağını proqnozlaşdırmışdı.
Bu qərar mart ayının sonunda keçirilən növbədənkənar iclasdan sonra verilib. Həmin iclasda mərkəzi bank faizləri əvvəlki səviyyədə saxlamışdı. Son addım isə mart ayında inflyasiyanın artmasından sonra atılıb.
MONETAR.AZ