Vətəndaşlar özlərinə könüllü kredit qadağası qoya biləcək

Vətəndaşlar özlərinə könüllü

Azərbaycanda ilk dəfə olaraq könüllü kredit qadağası mexanizmi tətbiq ediləcək. Bu barədə Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” tədbirində məlumat verib.

Yeni mexanizm vətəndaşlara öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı tanıyacaq. Beləliklə, onların xəbəri olmadan onlayn kredit götürülməsi və fırıldaqçılıq halları azaldılacaq.

Vətəndaşlar kredit qadağasını tam və ya qismən tətbiq edə biləcəklər. Məsələn:

  • Onlayn kreditləri qadağan etmək, yalnız banka şəxsən müraciət etməklə kredit götürmək imkanı saxlamaq.

  • Sistem müraciət zamanı bank və BOKT-lara xəbərdarlıq verəcək və kredit verilən zaman qadağanı nəzərə alacaq.

Qadağan həmçinin istənilən vaxt ləğv edilə bilər. Bu mexanizm Rusiyada da tətbiq edilərək vətəndaşların onlayn kredit fırıldaqçılığından qorunmasına xidmət edir.

Yenilik vasitəsilə vətəndaşlar dövlət xidmətləri portalı (Azərbaycandakı “Elektron hökumət” portalının analoqu) vasitəsilə özlərinə qadağa qoya biləcək və idarə edə biləcəklər.

MONETAR.AZ