Ford kameradakı qüsura görə avtomobilləri geri çağırır

Ford kameradakı qüsura görə avtomobilləri

Ford Motor Company ABŞ-da arxa görüntü kamerasında aşkar olunan nasazlığa görə 1,74 milyon avtomobili geri çağırır. Bu barədə bugün National Highway Traffic Safety Administration (ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyası) məlumat yayıb.

Məlumata görə, nasazlıq arxa görüntü kamerasının görüntüsünün ekranda göstərilməsinə mane ola bilər və bu da sürücünün avtomobilin arxasını görmə imkanını azaldaraq təhlükəsizlik riskini artırır.

Geri çağırma kampaniyası müəyyən buraxılışlı Ford BroncoFord Edge modellərini əhatə edir. Tənzimləyicinin açıqlamasında bildirilir ki, aksesuar protokolu interfeysi modulu (APIM) həddindən artıq qızaraq sönə bilər. Bu halda arxa görüntü kamerasının təsviri nəzərdə tutulduğu kimi ekranda göstərilmir.

Şirkət problemin aradan qaldırılması üçün müvafiq texniki tədbirlərin görüləcəyini bildirib.

MONETAR.AZ