Ən sürətli enerji yığan smartfonlar açıqlanıb

Ən sürətli enerji yığan smartfonlar

BGR nəşrinin ekspertləri ən sürətli şarj dəstəyi olan smartfonların siyahısını təqdim ediblər.

Siyahının lideri olaraq 2023-cü ildə MWC sərgisində təqdim edilən Realme GT3 qalır. Jurnalistlərin qeydinə görə, bu model sənaye üçün yeni standart müəyyənləşdirib. Şirkət cihazın xüsusi versiyasını təqdim edib ki, o da 240 vatt gücündə simli şarjı dəstəkləyir. Smartfonun batareyası rekord müddətdə — cəmi 9 dəqiqə 30 saniyəyə 100%-ə qədər dolur.

İkinci yerdə nadir model olan Xiaomi Redmi Note 12 Explorer qərarlaşıb. 4300 mAh tutumlu batareyaya malik olan bu telefon 210 vatt sürətli şarjı dəstəkləyir və tam dolma müddəti təxminən 10 dəqiqədir.

Üçüncü yerdə isə Vivo iQOO 11S yer alıb. Bu model 200 vatt gücündə şarjı dəstəkləyir və hər biri 2350 mAh olan iki batareyaya malikdir. Tam enerji yığması təxminən 19 dəqiqə çəkir.

İlk beşlikdə həmçinin ZTE Nubia RedMagic 8 Pro+ və OnePlus 10T də yer alıb. Nubia modeli 165 vatt gücündə şarjı dəstəkləyir və 5000 mAh batareyanı 14 dəqiqəyə doldura bilir. OnePlus 10T isə maksimum 150 vatt gücündə şarj təklif edir, lakin bəzi bazarlarda təhlükəsizlik tələblərinə görə bu göstərici 125 vattadək azaldılıb.

Bundan əlavə, Counterpoint Research Korea analitikləri bildiriblər ki, yaddaş böhranı ən çox büdcə seqmentinə aid smartfonlara təsir edəcək və onların qiymətləri kəskin arta bilər. Orta seqment cihazlar isə bu vəziyyətdən daha az zərər görəcək.

MONETAR.AZ