Samsung Electronics və SK Hynix şirkətləri Nvidia-nın növbəti flaqman süni intellekt sürətləndiricisi Vera Rubin üçün altıncı nəsil yüksək ötürmə qabiliyyətli yaddaşı olan HBM4-ün yeganə tədarükçüləri seçilib. Bu barədə sənaye nümayəndələrinə istinadən The Korea Economic Daily qəzeti məlumat yayıb.
Bu qərar Cənubi Koreyanın iki yaddaş çipi istehsalçısına süni intellekt üçün premium komponentlərin tədarükü yarışında əlavə üstünlük qazandırır. Çünki qabaqcıl süni intellekt prosessorlarının inkişafı ilə birlikdə yüksək ötürmə qabiliyyətli yaddaşa tələbat sürətlə artır.
Məlumata görə, bu seçim ABŞ yaddaş istehsalçısı olan Micron Technology şirkətini növbəti məhsul buraxılışı dövründə iştirakdan kənarda qoyur.
MONETAR.AZ