2026-cı ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində 1 434 uşaq doğulub, 1 567 nəfər vəfat edib. Nəticədə şəhərdə təbii azalma 133 nəfər təşkil edib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, eyni dövrdə ölkə üzrə 64 min 43 doğum və 44 min 919 ölüm qeydə alınıb. Beləliklə, Azərbaycan üzrə təbii artım 19 min 124 nəfər olub.
Gəncədən başqa, Naftalan şəhərində də təbii azalma qeydə alınıb: burada 39 doğum və 42 ölüm halı olub.