İş bazarı “ağarır”: Daxilolmalar 12 % artıb

İş bazarı “ağarır”:
9 Oktyabr 2025 10:28

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 661,4 milyon manatdan çox olub.

 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinini məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % və yaxud 455,8 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13 % artaraq 3 milyard 113,2 milyon manatı keçib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,9 % artaraq 164,9 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 % artaraq 126,1 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,3 % artaraq 814,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 % artaraq 576,8 milyon manat təşkil edib.


Oxşar xəbərlər