Vyananın кusdilli sakinləri yerli mağazalarda və apteklərdə qiymətlərin artmasını geniş şəkildə müzakirə edirlər. RIA Novosti Telegram icmalarına istinadən xəbər verir.
Müzakirələrdə qeyd olunur ki, son günlər bəzi supermarketlərdə qiymətlər kəskin yüksəlib. Məsələn, bir istifadəçi bildirib ki, Spar şəbəkəsində şokoladın qiyməti 2,99 avrodan 3,99 avroya qalxıb. Əvvəllər 3 avroya satılan hisə verilmiş skumbriya indi təxminən 7 avroya satılır. Digər iştirakçılar gündəlik tələbat mallarında qiymət artımının xüsusilə nəzərəçarpan olduğunu vurğulayıblar. Eyni zamanda, pivə hələ də 50%-dək endirimlərlə satılır, şərabın qiyməti isə demək olar ki, dəyişməyib.
Bəzi sakinlər hesab edirlər ki, mağazalar tələbi sınayır və qiymətləri təsadüfi şəkildə dəyişdirirlər. Məsələn, bir iştirakçı uzun müddət 2,49 avroya satılan məhsulun 40% bahalaşaraq 3,49 avroya yüksəldiyini, daha sonra müvəqqəti endirim edildiyini, amma sonra yenidən qiymətin artırıldığını misal gətirib.
Alıcılar həmçinin “shrinkflation” – yəni qiymət dəyişmədən qablaşdırma həcminin azalması ilə üzləşiblər. Eyni zamanda apteklərdə də bahalaşma hiss olunub: bir qadın dərmanları Almaniyadan sifariş etməyə başladığını, bu yolla daha ucuz başa gəldiyini qeyd edib. Çatlarda həmçinin xidmətlər və uşaq dərnəklərinin qiymət artımı barədə müzakirələr aparılır.