Qlobal yarımkeçirici bazarında güclü artım qeydə alınıb. Məlumata görə, 2026-cı ilin ilk rübündə çip satışları 25% artaraq 298,5 milyard dollara yüksəlib.
Bu barədə məlumat Yarımkeçiricilər Sənayesi Assosiasiyası tərəfindən açıqlanıbə
Məlumata əsasən, mart ayında qlobal çip satışları 99,5 milyard dollar təşkil edib. Bu göstərici:
- 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79,2% artım
- 2026-cı ilin fevral ayı ilə müqayisədə isə 11,5% artım deməkdir.
Analitiklərin proqnozuna görə, yarımkeçirici sənayesi cari ildə güclü artım tempini qoruyarsa, ümumi satışlar ilk dəfə 1 trilyon dollar həddini keçə bilər. Mütəxəssislər bu artımı süni intellekt texnologiyalarına, məlumat mərkəzlərinə və elektronika istehsalındakı genişlənməyə olan yüksək tələbatla əlaqələndirirlər.
MONETAR.AZ