2026-cı ildə  orta aylıq pensiya 9,3 %, yaşa görə pensiya 9,4 % artacaq

2026-cı ildə  orta aylıq pensiya 9,3 %,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiya 590 manat, yaşa görə orta aylıq pensiya isə 629 manat olacaq.

Bu ilin göstəriciləri ilə müqayisədə:

  • Orta aylıq pensiya 540 manatdan 590 manata yüksələcək ki, bu təxminən 9,3% artım deməkdir.

  • Yaş üzrə orta pensiya 575 manatdan 629 manata çatacaq ki, bu da təxminən 9,4% artım təşkil edir.

Qeyd edək ki, 2018-ci ildən 2025-ci ilə qədər orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta pensiya isə 234 manatdan 575 manata yüksəlmişdir. Bu dövrdə orta pensiyada 2,8 dəfə, yaşa görə pensiyada isə 2,7 dəfə artım qeydə alınmışdır.

2026-cı il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7,993 milyard manat olacaq ki, bu da 2018-ci il ilə müqayisədə 2,3 dəfə çoxdur.

MONETAR.AZ