2025-ci ili aqrar sektor üçün uğurlu saymaq olarmı?

2025-ci ili aqrar sektor üçün

2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı sektorunda məhsuldarlıq və istehsal göstəriciləri baxımından artım tendensiyası müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, yun, barama, tərəvəz və bostan məhsulları istisna olmaqla digər kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Qeyd edək ki, illik rəqəmlər hələ açıqlanmadığından məlumatlar 11 aylıq dövrü əhatə edir. Son ayın göstəricisi ümumi vəziyyətə o qədər də ciddi təsir etməyəcək.

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə istehsal göstəriciləri aşağıdakı kimi olub:

  • Ət (diri çəkidə): 544,1 min ton — artım 0,1%

  • Süd: 2 086 min ton — artım 0,3%

  • Yumurta: 2 140,5 mln. ədəd — artım 2,0%

  • Pambıq: 345,3 min ton — artım 42,1%

  • Taxıl və qarğıdalı: 3 339 min ton — artım 2,9%

  • Günəbaxan: 31,8 min ton — artım 2,3%

  • Şəkər çuğunduru: 310,6 min ton — artım 45,3%

  • Tütün: 7,8 min ton — artım 31,1%

  • Kartof: 924,6 min ton — artım 0,5%

  • Meyvə və giləmeyvə: 1 368,6 min ton — artım 4,5%

  • Üzüm: 209,1 min ton — artım 3,5%

  • Yaşıl çay yarpağı: 1 204,9 ton — artım 12,7%

Azalma müşahidə olunan məhsullar:

  • Yun: 14,6 min ton — azalma 1,3%

  • Barama: 186,6 ton — azalma 22,1%

  • Tərəvəz: 1 763,2 min ton — azalma 3,7%

  • Bostan məhsulları: 459,0 min ton — azalma 6,4%

2026-cı ilin məhsulu üçün yanvar-noyabr aylarında payızlıq əkinlər üçün 984,5 min hektar sahə şumlanıb, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artım deməkdir.

Monetar.az