İran tərəfindən Hörmüz boğazının kommersiya gəmiləri üçün açıldığının elan olunmasından sonra ABŞ aviakompaniyalarının səhmləri ön bazar ticarətində sürətlə yüksəlib.
American Airlines səhmləri 5,7%, United Airlines 5,8%, JetBlue 5,6%, Delta Air Lines 5,7%, Southwest Airlines isə 4,1% artıb.
Abbas Araqçi sosial şəbəkədə bildirib ki, Livanda atəşkəs dövründə bütün kommersiya gəmiləri üçün keçid əvvəlcədən razılaşdırılmış marşrut üzrə tam açıq olacaq.
Bu xəbərdən sonra WTI neft fyuçersləri təxminən 10% ucuzlaşıb və qiymətlər 85 dollar səviyyəsindən bir qədər yuxarıda ticarət olunub.
MONETAR.AZ