Neft qiymətləri İranın bəyanatından sonra 10 faizdən çox ucuzlaşıb

Neft qiymətləri İranın bəyanatından sonra

İran tərəfindən Hörmüz boğazının kommersiya gəmiləri üçün açıq elan edilməsi neft bazarında kəskin enişə səbəb olub.

Abbas Əraqçi sosial şəbəkədə bildirib ki, Livanda atəşkəs çərçivəsində bütün ticarət gəmiləri üçün keçid “tam açıq” elan olunur və gəmilər əvvəlcədən razılaşdırılmış marşrutla hərəkət edə biləcək.

Bu açıqlamadan sonra bazarda təzyiq daha da güclənib və Brent markalı neft fyuçersləri 10%-dən çox ucuzlaşıb. İyun müqavilələri yazının hazırlandığı vaxtda enişini davam etdirərək 89 dollar həddinin altına yaxınlaşıb.

MONETAR.AZ