Azərbaycan ərzaq məhsullarını xaricdən bu qiymətlərə alır

Azərbaycan ərzaq məhsullarını xaricdən

2026-cı ilin ilk üç ayı üzrə idxal strukturuna nəzər saldıqda, ərzaq məhsullarının əhəmiyyətli paya malik olduğu görünür. Ümumilikdə yeyinti məhsullarının idxalı 665,5 milyon ABŞ dolları təşkil edərək ümumi idxalın 16,62 faizini formalaşdırıb. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkəyə ərzaq məhsulları bu qiymətlərə gətirilib.

2026-cı ilin birinci rübündə idxal məhsullarının 1 kq üzrə orta qiyməti
  • Ət – 3,96 manat/kq
  • Süd və qaymaq – 3,00 manat/kq
  • Kərə yağı və süd yağları – 10,76 manat/kq
  • Tərəvəz və meyvə – 1,45 manat/kq
  • Çay – 11,00 manat/kq
  • Buğda – 0,37 manat/kq
  • Qarğıdalı – 0,83 manat/kq
  • Düyü – 1,49 manat/kq
  • Bitki və heyvan mənşəli yağlar – 2,67 manat/kq

MONETAR.AZ