Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi 9,3 milyon manatlıq müsabiqə elan edildi Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi 9,3 milyon manatlıq müsabiqə elan edildi

Biznes Forumda sahibkarlar halallaşdılar

Biznes Forumda sahibkarlar
7 Oktyabr 2025 12:26

Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində iki sənəd imzalanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Bilişim Vadisi Bakı İqlim Bəyanaməsinə dəstəyini ifadə edib.

Sənəddə “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşıl sahibkarlıq” kimi istiqamətlər üzrə maarifləndirici tədbirlərin və ortaq təşəbbüslərin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Blişim Vadisinin baş meneceri Erkam Tüzgen imzalayıblar.

Qeyd edək ki, “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülüb. Qlobal müstəvidə KOB-ların yaşıl hərəkatının yaradılması məqsədi daşıyan bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Artıq sözügedən bəyannaməyə 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

Digər sənəd Malayziyanın “Berhad” Halal İnkişaf Korporasiyası ilə KOBİA arasında imzalanıb. Anlaşma Memorandumunu “Berhad” Halal İnkişaf Korporasiyasının baş icraçı direktoru Hairol Arifeyn Bin Sahari və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb. Sənəddə hər iki qurumun imkanlarından istifadə olunmaqla biznes, investisiya və ixrac, eləcə də halal sənaye kimi sahələdə bilik və təcrübə mübadiləsinin aparılması, birgə təlim proqramlarının icrası və s. istiqamətlərdə əməkdaşlıq nəzərə tutulur.

MONETAR.AZ


Oxşar xəbərlər