Dövlət qurumlarının avtomobilləri bu gün hərraca çıxarılacaq

Dövlət qurumlarının avtomobilləri

Bu gün saat 10:00-da dövlət qurumlarına məxsus bir sıra nəqliyyat vasitələri açıq hərraca çıxarılacaq. Hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunur.

Satışa çıxarılan nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarının balansındadır. Siyahıda əsasən minik avtomobilləri və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alır.

Hərraca çıxarılan əsas avtomobillər:

“AzerGold” QSC-yə məxsus bir neçə Toyota Hilux (2011–2012-ci il buraxılışlı) – start qiyməti 50 000 manat

Prezidentin İşlər İdarəsinə məxsus BMW 523i (2006) – 10 500 manat

Daxili İşlər Nazirliyinin Polis Akademiyasına məxsus QAZ 2752 təcili yardım avtomobili (2005) – 5 000 manat

Maliyyə Nazirliyinə məxsus müxtəlif avtomobillər:

  • Mitsubishi Lancer (2013) – 4 000 manat
  • Nissan Maxima (2005) – 3 000 manat
  • Nexia (2008) – 2 200 manat
  • Nissan Teana (2011) – 5 000 manat

Xarici İşlər Nazirliyinə məxsus Khazar Peugeot (2019) avtomobilləri (4100-5125 manat)

Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus çoxsaylı Chevrolet Niva modelləri (2100-2475 manat).

MONETAR.AZ