Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı

5 İyul 2025
13:07
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elan edilmiş tender ləğv edilib.
Tender Microsoft 365 E3 lisenziyalarının satın alınması ilə bağlı elan edilmişdi. Tender iştirakçı çatışmazlığı səbəbindən ləğv edilib.
Ancaq "Dövlət Satınalmaları haqqında" qanunun 36.1.1-ci maddəsinə əsasən, müsabiqədə təklif verən təchizatçıların sayı qanunla müəyyən olunmuş üç nəfərdən az olduğuna görə prosedur dayandırılıb. Qanunvericiliyə əsasən, belə hallarda tenderin keçirilməsi mümkün olmur və satınalma dayandırılır.
Müsabiqə 5 iyun 2025-ci ildə elan olunmuşdu, təkliflərin qəbulu isə 3 iyul 2025-ci il saat 17:00-da başa tutmalı idi.
MONETAR.AZ