Azərbaycan Tehrandakı səfirliyini və Təbrizdəki baş konsulluğunu təxliyə edir

Azərbaycan Tehrandakı səfirliyini və Təbrizdəki baş konsulluğunu

Azərbaycan İrandakı diplomatik heyətini ölkədən çıxarır.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

Nazirin sözlərinə görə, İlham Əliyev Azərbaycanın İrandakı diplomatik heyətinin tam şəkildə geri çağırılması barədə qərar qəbul edib.

“Bu proses həm Tehrandakı səfirliyə, həm də Təbrizdəki baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə müvafiq işlər aparılır”, deyə Bayramov bildirib.

Dünən Ceyhun Bayramov ilə İranın xarici işlər naziri arasında telefon danışığı olub və tərəflər bu məsələni müzakirə ediblər. Nazir bildirib ki, İran tərəfi hadisə ilə bağlı ciddi araşdırma aparacağına söz verib və Bakı həmin araşdırmanın nəticələrini gözləyir.