Dubay beynəlxalq hava limanı qeyri-müəyyən müddətə bağlanıb

Dubay beynəlxalq hava limanı qeyri-müəyyən

Dubai International Airport təhlükəsizlik səbəbilə fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bu barədə RIA Novosti BƏƏ hakimiyyətinə istinadən məlumat yayıb.

Birləşmiş Ərəb Əmirlikləri rəsmilərinin bildirdiyinə görə, qərar hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti fonunda qəbul edilib. Bugün yayılan rəsmi açıqlamada qeyd olunub: “Dubai Beynəlxalq Hava Limanı sərnişinlərin, əməkdaşların və ekipajların təhlükəsizliyi naminə müvəqqəti olaraq fəaliyyətini dayandırıb.”

Bildirilib ki, bu addım təhlükəsizlik protokollarına uyğun olaraq atılıb.

Bu gün internetdə hava limanı ərazisinə pilotsuz uçuş aparatının (PUA) zərbəsi ilə bağlı görüntülər də yayılıb. Kadrlarda partlayış və qalın tüstü buludları görünür.

Emirates aviaşirkəti hava hücumundan müdafiə sistemlərinin işləməsi fonunda Dubaya bütün uçuşları və Dubaydan reysləri dayandırdığını açıqlayıb. Enməyə hazırlaşan bəzi təyyarələr isə Oman istiqamətinə yönləndirilib. 

MONETAR.AZ