Dubay beynəlxalq hava limanı fəaliyyətini qismən bərpa edib. Bu barədə hava limanının mətbuat xidməti X üzərindən məlumat yayıb.
Bildirişdə sərnişinlərə müraciət edilərək qeyd olunub: “Reysiniz aviaşirkət tərəfindən təsdiqlənməyənə qədər hava limanına gəlməyin, çünki uçuş cədvəli daim dəyişir.”
Hava limanı bu gün səhər sərnişinlərin, hava limanı əməkdaşlarının və aviaşirkət ekipajlarının təhlükəsizliyini təmin etmək məqsədilə fəaliyyətini müvəqqəti dayandırmışdı. Şahidlər xəbər verib ki, hava limanı üzərində pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilməyə çalışılıb. Onun qalıqları hava limanı ərazisinə düşüb və nəticədə partlayış baş verib.
MONETAR.AZ